Madrid "Atletiko"sunun sabiq futbolçusu Dieqo Kosta yenidən İspaniyaya qayıda bilər.
"Unikal" xəbər verir ki, 33 yaşlı hücumçuyla "Elçe" və "Kadiz" yaxından maraqlanır.
Hazırda Brazilya təmsilçisi "Ateltiko Minero"da çıxış edən futbolçunun müqaviləsi bu ilin dekabrında başa çatır.
Qeyd edək ki, Kosta karyerası ərzində "Braqa", Selta", "Rayo Valleykano", "Çelsi" və "Ateltiko" kimi önəmli klubların şərəfini qoruyub.