İtaliyanın “Cenoa” klubunun baş məşqçisi Andrey Şevçenko A Seriyasının 21-ci turunun “Spetsia” ilə oyununu buraxacaq.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti aşıqlama yayıb.
Qeyd olunub ki, baş məşqçinin koronavirus testi müsbət olub.
Dekabrın 28-də ukraynalı mütəxəssis koronavirusa yoluxub və yanvarın 6-da keçirilən İtaliya çempionatının 20-ci turunun “Sassuolo” ilə (1:1) matçını buraxmaq riski ilə üzləşib.
Yanvarın 5-də Şevçenko COVID-19 üçün verdiyi testin mənfi olduğunu və matçda iştirak edə biləcəyini açıqlamışdı. Bu gün, yanvarın 9-da klubun mətbuat xidməti onun yenidən koronavirusa yoluxduğunu və “Spetsia” ilə matçda iştirak etməyəcəyini açıqlayıb.