Bakı sakini qonşusunu bıçaqlayıb.

"Unikal" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

1999-cu il təvəllüdlü Əli Süleymanov münaqişə zəminində qonşusu, 1985-ci il təvəllüdlü Şirin Alıyevi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb və onu xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanılıb.