Ermənistan silahlı qüvvələrinin yanvarın 11-də dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz Ayaz Nəzərov anadan olduğu Tovuz rayonunda dəfn edilib.

"Unikal" xəbər verir ki, şəhid hərbçi Tovuzun Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

12:20

Ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz 1998-ci il təvəllüdlü Nəzərov Ayaz Azər oğlu ilə Tovuzda vida mərsimi başlayıb. 

"Unikal" xəbər verir ki, vida mərasimində şəhid ailə üzvləri, döyüş yoldaşları, Rayon İcra hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsin əməkdaşları, hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlunun nəşini rayonun Bozalqanlı kəndindəki yaşadığı evə gətirilib.

Vətən Müharibəsi iştirakçısı olan şəhidimiz kənd qəbirstanlığında dəfin ediləcək.

Tural Əhmədov