Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabında Qarabağ atları ilə bağlı paylaşım edib.

"Unikal"ın xəbərinə görə, paylaşımda deyilir:

“Bu il Kraliça II Yelizaveta taxtda olmasının 70 illiyini qeyd edir. Kraliçanın atlara olan sevgisi hamıya məlumdur. Ona verilən hədiyyələr arasında 1956-cı ildə Zaman adlı məşhur Qarabağ atı da var. Qarabağ atları dəfələrlə Kral Vindzor At Şousunda çıxış ediblər”.