Beynəlxalq Futbol Federasiyası (FIFA) Fransanın "Marsel" klubuna növbəti iki transfer pəncərəsində yeni futbolçuların qeydiyyatını qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti xəbər yayıb.
Məlumata əsasən, qərar bu ilin yayında qüvvəyə minəcək. Bildirilir ki, "Marsel" klubu bununla əlaqədar İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, Fransanın "Marsel" klubu UEFA Konfrans Liqasının 1/16 final mərhələsində Azərbaycanın "Qarabağ" klubunun rəqibidir.