Yanvarın 18-nə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri tərəfindən "8 Noyabr -Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli Qərarı 9263 nəfərə tətbiq edilib.
Ədliyyə Nazirliyindən "Unikal"a verilən məlumata görə, onlardan 4022-si Penitensiar, 5235-i Probasiya xidmətləri tərəfindən tətbiq edilib, Amnistiyanın tətbiqi nəticəsində 7529 nəfər ayrı-ayrı cəzalardan azad edilib, 1728 nəfərin isə cəzası azaldılıb.