Hafiz Hacıyev: “Vaxtı çatanda Əli Kərimov içəri qoyulacaq”
11:32 20-02-2013
SİYASƏT
Fazil Mustafa: “Kiməsə beş manat pul verirlər və deyirlər ki, adamın üzünə dirəş”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bir neçə ay öncə Respublika Prokurorluğuna yazılı şəkildə müraciət edərək eks-prezident Əbülfəz Elçibəyin AXCP sədri Əli Kərimli tərəfindən zəhərləndiyini iddia etmiş və bu iddia əsasında prokurorluq müvafiq araşdırmalara başlamışdı.
O zaman Elçibəyin ailə üzvləri, yaxınları və müxtəlif ranqlı siyasətçilər bu fakta qarşı sərt təpgi göstərmiş və pisləmişdilər.
Amma məsələ yenidən gündəmə gəlir. Və bu dəfə “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev tərəfindən…
Bəs bu Hürrü Əliyev kimdir?
O, mərhum Prezidentin qardaşı oğludur və deyir ki, “Əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi vaxtda Əli Kərimli atamın yaşadığı evə gələrək, böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etdi”.
H. Əliyev qeyd edib ki, o, Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu illərdə İran xüsusi xidmət orqanlarının yazışmalarının əks olunduğu arayış əldə edib. Həmin arayışlarda İranın Azərbaycanla bağlı planları əksini tapıb və bu arayışda Əli Kərimli ilə İsa Qəmbərin İrana xidmət etdikləri ifadə olunub.
Hürrü Əliyevin cavab verməsini arzuladığımız suallar:
1.Sözügedən arayışı Hürrü Əliyev necə əldə edə bilib?
2.İnanırıq ki, Hürrü Əliyev mərhum əmisini, həqiqətən də, çox istəyirmiş. Bununla belə, niyə indiyə qədər qətl faktı barədə susurdu?
3. Və Hafiz Hacıyev iddia qaldıranda Hürrü Əliyev niyə reaksiya vermirdi?
Hafiz Hacıyev nə deyir?
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev “Unikal”a bildirdi ki, “Hürrü Əliyevin geniş əlaqələri var və o həmin arayışı əldə edə bilərdi. Ola bilsin ki, bu arayışı ona ötürüblər. Çünki Elçibəyi zəhərlənməsini gündəmə çıxartmaqda və açılmasında maraqlı olan dairələr var. Onları mən də tanıyıram”.
Hafiz Hacıyevin sözlərinə görə, “Eks-prezident Elçibəyin zəhərlənərək öldürülməsi tam sübuta yetirilib və vaxtı çatanda Əli Kərimov içəri qoyulacaq. Hələ vaxtı deyil. Elçibəyin yaşaması Əli Kərimovun qabağını kəsirdi və Əli Kərimov onu aradan götürməkdə maraqlıydı”.
Onun dediyinə görə, ““12-13 il bundan öncə eks-prezidentlər haqqında qanun qəbul edilməmişdi. Fikirləşirdik ki, qanun qəbul edilmədən bizim bu məsələni gündəmə gətirməyimizə heç kim əhəmiyyət verməyəcək. Lakin qanun qəbul olunduqdan sonra hesab etdik ki, dövlət bizim təklifimizi müsbət qiymətləndirəcək. Eyni halda, 12 ildir ki, bu məsələlər haqqında araşdırmalar aparılaraq mətbuata müxtəlif açıqlamalar verilir. Elçibəyin digər silahdaşları ilə məsələni bir neçə dəfə müzakirə etmişik ki, gündəmə gətirək. Amma heç kim bu yükün altına girmək istəməyib. Elçibəyin etdiyi vəsiyyət məni vadar etdi ki, xalq hərəkatının liderinin müəmmalı ölümü ilə bağlı məsələni araşdırım. Elçibəyin qisası yerdə qalmamalıdır. Artıq Elçibəyin zəhərlənmədən öldürülməsi və xarici kəşfiyyatın onun yaxın silahdaşlarının əl altına alınması məsələsi ortalığa çıxıb. Çox ciddi faktlar var. Hələ ki, istintaqın gedişinə mane olmaq istəmirəm. Zaman gələndə geniş brifinq keçirib ictimaiyyətə məlumat verəcəm. Kimin hansı kəşfiyyat orqanlarında neçə milyon dollar alması da aşkar ediləcək”.
Partiya sədri iddia edir ki, “Əli Kərimlinin və Qəmbərov İsanın xarici kəşfiyyat qurumlarına çoxdan xidmət etdikləri məlum faktdır və burada qəribə və yaxud təəccüblü heç nə yoxdur. Mən bu barədə öz çıxışlarımda dəfələrlə demişəm və indi şadam ki, Hürrü Əliyev mənim vaxtilə dediklərimi bir daha təsdiqləyir”.
Millət vəkili Fazil Mustafa: “Belə söhbətləri ciddiyə almıram”
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın “Unikal”a söylədiyinə görə, “Belə qeyri-ciddi söhbətləri ciddiyə almıram. Kiməsə beş manat pul verirlər və deyirlər ki, adamın üzünə dirəş. Vicdan yox, iman yox. Vaxtilə bu məsələni gündəmə çıxartmışdılar və mən mərhum Elçibəyin müalicəsini təşkil edənlərdən biri kimi fikirlərimi bölüşmüşəm. Bu gün əlavə etmək istədiyim daha heç nə yoxdur”.
(Xatırladaq ki, Fazil Mustafa zəhərlənmə faktının yalan olduğunu bildirmişdi.)
Elçibəyin qardaşı oğlu Bünyad Əliyev: “Onu qızışdırıblar”
Hazırda Ordubad rayonunun Kələki kəndində yaşayan Əliyev Bünyad Murad oğlunun “Unikal”a söylədiyinə görə, “Heç xoşum gəlmir belə dedi-qodudan. Görünür, əmoğlum Hürrüyə bir-iki manat pul verib, qızışdırıb salıblar ortalığa. Adam xəcalət çəkir, söz tapmaq olmur danışmağa”.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35