Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinə yanvarın 18-də Şinəband kənd sakini L.Balakişiyevin ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən ayağının topuq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən L.Balakişiyevin qanunsuz saxladığı ov tüfəngi götürülüb.