Səbail rayon məhkəməsində Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin zədələməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədlinin işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal" xəbər verir ki, prosesdə qərar qəbul olunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hər iki şəxs sərbəst buraxılıb və polisin nəzarətinə verilib.