Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri E.Nəbiyev və S.Abbasovdan qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar aidiyyatı üzrə təhvil verilib.
Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən həmçinin rayon sakini Y.Qəribovun mülki silahın daşınması qaydalarını pozduğu müəyyən edilib.
Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.