Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Əflatun Əkbərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilib. Dindirilmə zamanı Ə.Əkbərov narkotik maddəni tanışı Seymur adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Seymur Mehdiyev, həmçinin Seymura satış üçün bu maddələrin verən İntiqam Cabbarov da saxlanılıblar. Həmin şəxslərdən isə sellofan bükümlərdə “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.