Yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində Səmən Sultanova qətlə yetirilib və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranıb.
"Unikal" xəbər verir ki, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənib.
Yanvarın 30-da Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman nəzarət yoxlama qaydasında saxlanılıb və RPŞ-yə gətirilib.
Faktla bağlı araşdırma aparılır.