Gəncədə döyülmə faktı qeydə alınıb.
"Unikal"-ın məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində baş verib.1971-ci il təvəllüdlü T.Bədəlov baş nahiyyəsinin çapılmış yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir.T.Bədəlovun sözlərinə 2 qardaş tərəfindən balta ilə xəsarət yetirilib. Hadisə ilə bağlı polisə məlumat veririlib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov