"Hazırda Kiyev genişmiqyaslı hərbi əməliyyatlara hazır deyil".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-leytenantı Mixail Zabrodski deyib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti müharibədə adekvat qərarlar qəbul edə bilməyəcək.
"Hökumətimizin nəzəri cəhətdən belə genişmiqyaslı tədbirlərə, belə çətin qərarlar qəbul etməyə hazır olmasına əminlik yoxdur", - deyə general-leytenant ifadə edib.