Böyük Britaniyanın xarici işlər naziri Liz Trass koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, XİN rəhbərinin COVID-19 testi Kiyevə səfəri ərəfəsində pozitiv çıxıb.
"Bu gecə verdiyim COVID-19 testi müsbət çıxdı. Xoşbəxtlikdən 3 dəfə peyvənd olunmuşam. Təcrid zamanı evdən işləyəcəm", - Trass "Twitter"də yazıb.
Qeyd edək ki, o, bu gün Ukraynaya yola düşəcək baş nazir Boris Consonu müşayiət etməli idi.
Trass Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün yaxın iki həftə ərzində Moskvaya da səfər etməyi planlaşdırırdı.
Onu da bildirək ki, Britaniyada koronavirusun özünütəcrid müddəti 7 gündür.
Ağarza Elçinoğlu