Qazaxıstanda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq həbs olunan “Arman Dikiy” kimi tanınan Arman Cumageldiyev istintaq təcridxanasından yoxa çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə onun vəkilləri məlumat verib.
Məlumatda qeyd olunur ki, vəkillər müdafiə etdikləri şəxsin hara və necə aparıldığından xəbərləri yoxdur.
Hüquq müdafiə orqanlarında “Arman Diki”nin hara yoxa çıxmasından xəbərsiz olduqlarını bildiriblər. (Lent.az)