Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın başlayıb.
“Unikal” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.