Qazaxda Gürcüstan vətəndaşı naməlum şəraitdə xəsarət alıb.

"Unikal"-ın məlumatına görə, hadisə "Qırmızı Körpü" Gömrük məntəqəsinin yaxınlığında qeydə alınıb. Belə ki, orta yaşlı kişi müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətini  ağır olduğu bildirilir. Məlumata görə, xəsarət alan şəxs Gürcüstan vətəndaşıdır.

Onun "TIR "markalı yük maşınının sürücüsü olduğu deyilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov