Cəlilabadda 2 avtomobilin toqquşması zamanı ölən və yaralananların adları məlum olub.

"Unikal" xəbər verir ki, "BMW" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - Cəlilabad rayonunun Maşlıq kənd sakinləri olan Tural İntiqam oğlu Adıgözəlov, Mürsəl Alim oğlu Quliyev və Qorxmaz Rahim oğlu İsmayılzadə hadisə yerində dünyasını dəyişib.

Avtomobillərdə olan Kamran İbadulla oğlu Vəlizadə, Hacıbala Balabəy oğlu Şahbazov, Cahid Təbiət oğlu Eyvazov və Balasər Həsən oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

***

13:21

Cəlilabadda ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

İlkin məlumata görə, "Vaz" 2107 markalı minik avtomobili ilə BMW markalı minik avtomobili toqquşub. Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.