Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.
Bu barədə "Unikal"a Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib:
"Günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür.Məktəblər və idarə 5 günlükdür. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq fakt təsdiqini taparsa o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".
Tural Əhmədov
*** 18:13
Azərbaycanda Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova kişi müəllimi təhqir edib.
"Unikal" xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə yayılıb.
Görüntüdə müəllimlə direktor arasında dərs bölgüsü barədə mübahisə yaranıb.