Goranboyda 48 yaşlı qadın heyvanların müalicəsi üçün istifadə olunan dərmanı içərək intihar etmək istəyib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə Veysli kəndində qeydə alınıb. Kəlbəcər rayon sakini 1974-cü il təvəllüdlü E.İbrahimova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 48 yaşlı qadın mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən "Niastol" adlı kimyəvi məhlulu içib. Onun məhlulu hansı səbəbdən içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov