Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
"Unikal"ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində baş verib. Belə ki, Səbinə Gülməmmədova və onun az yaşlı qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəzyyətlərinin kafi olduğu bildirilir. İlkin məlumata görə ana və az yaşlı qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.