Nyu-Yorkun "Staten Island" bölgəsində 131 maraldan götürülən test nəticəsində onların təxminən 20-də “Omikron” ştamı müəyyən olunub.
"Unikal" xarici KİV-yə istinadən xəbər verir ki, tədqiqatçılar virusun tullantı suları vasitəsilə insanlardan marallara keçdiyini ehtimal ediblər.
Nyu Yorkda "Omikron" ştamına yoluxan maralların potensial olaraq virusu insanlara ötürə və yeni mutasiyalara səbəb ola biləcəyinə dair dəqiq olmasa da ehtimallar var.