"2022-ci il yanvarın 1-nə Ermənistanın de-yure əhalisinin sayı 2 milyon 961,0 min nəfər olub".
"Unikal" xəbər verir ki, bu barədə "Joqovurd" qəzeti yazıb. Nəşrin məlumatına görə, bu say ötən ilin müqayisəsi ilə kəskin fərqlənir:
"2021-ci ilin eyni dövründə ölkənin de-yure əhalisi 2 milyon 963,3 min nəfər olub, yəni de-yure əhalinin sayı bir ildə 2-3 min nəfər azalıb.Şəhər əhalisinin sayı 1 milyon 891,9 min nəfər, kənd əhalisinin sayı isə 1 milyon 069,1 min nəfərdir. 2020-ci il iyulun 1-nə Ermənistan Respublikasının de-yure əhalisinin sayı 2 milyon 963,0 min nəfər olub. Bir sözlə Ermənistanda müharibədən sonra əhalinin sayı azalmaqda davam edir”.