Yaponiyada polisin qaynar xəttinə 440 dəfə zəng edən orta məktəb müəllimi dövlət işlərinə mane olduğu üçün həbs edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Miyaqi əyalətinin Şibata şəhərində orta məktəbdə dərs deyən 51 yaşlı Yoşinori Mito ötən ilin fevral-oktyabr ayları arasında müxtəlif vaxtlarda polis qaynar xəttinə zəng edib.
Belə ki, zəng edib telefonu bağlayan və ya cavab verildikdə susmağa üstünlük verən Mito təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Maraqlısı budur ki, müəllim ilkin ifadəsində "Mən o qədər zəng etməmişəm. Yenidən sayın", - deyə bildirib.
Şəxsin işi məhkəməyə göndərilib.