Rusiyada koronavirusa yoluxma halları yenidən artmağa başlayıb.
"Unikal" xəbər verir ki, son sutka ərzində 183 103 nəfər koronavirusa yoluxub. Bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.
Əvvəlki gün 165 643 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 13,33 milyonu ötüb.
Eyni zamanda, son sutkada 669 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 698 nəfər idi.
Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 337 390 nəfərə çatıb.