Hər həftənin cümə axşamı deputat Novruz Aslanov seçicilərinin qəbulunu keçirir. Qəbullar COVID-19 pandemiyasının dinamikasından asılı olaraq İsmayıllı rayonunda və ya videoformatda təşkil edilir.
"Unikal" xəbər verir ki, bu gün millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə videoformatda növbəti qəbulunu keçirib.
Qəbula gələn seçicilər millət vəkilinin İsmayıllı şəhərindəki ofisində onlar üçün yaradılmış videoformat vasitəsindən yararlanırlar. Hər bir sakin deputatla canlı görüntü vasitəsi ilə əlaqə saxlaya və müraciətini edə bilər.
Müxtəlif məsələlər barədə müraciət edən sakinlərlə müzakirələr aparılıb. Sosial yönümlü və şəxsi məişət problemləri barədə, eyni zamanda kommunal xidmətlərə dair məsələlər əsas müraciət mövzusu olub. Hər bir müraciət qeydiyyata alınıb. Həlli zaman tələb edən məsələlər barədə əlaqədar qurumlara müvafiq müraciətin ediləcəyi sakinlərin diqqətinə çatdırılıb. Bəzi məsələlərin həlli üçün yerindəcə lazımi addımlar atılıb.