Rusiyada mühafizəçi 1,3 milyon dollarlıq rəsm əsərinin iki üzünə qələmlə gözlər çəkib.
"Unikal" xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərindəki Yeltsin Mərkəzinin verdiyi açıqlamada rəssam Anna Leporskayanın “Üç fiqur” (1932-1934) adlı tablosunda 3 üzdən ikisinə qələmlə göz çəkildiyi bildirilib.
Araşdırmalar nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Üzlərə göz çəkən şəxsin “Yeltsin Mərkəzinin mühafizə fəaliyyətini həyata keçirən özəl mühafizə təşkilatının əməkdaşı” olduğu qeyd edilib.
Hadisədən sonra təhlükəsizlik işçisi işdən çıxarılıb.