Əfsanəvi amerikalı caz musiqiçisi Mayls Devisin keçmiş həyat yoldaşı Betti Devis 78 yaşında dünyasını dəyişib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, fank (afroamerika musiqisinin əsas cərəyanlarından biri) kraliçası adlandırılan müğənninin ölümü təbii səbəblərdən olub.
Qeyd edək ki, Bettinin musiqi karyerası 11 il davam edib. O, "Betty üçün hazır ol", "Bu mənim həyatım", "Uğurlu olsam, məni götürə bilər" kimi hitlərin müəllifidir.
Betti 1966-cı ildə Betti Miles Davislə evlənib. Müğənni 1970-ci illərin ortalarında məşhurluğunu itirib. O, bəzi mahnılarına görə tənqid edilib. Hətta ABŞ-da onun əsərlərinin televiziyada yayımına qadağa qoyulub.