"Çukur" serialında "Sena" obrazı  ilə məşhurlaşan aktrisa Dilan Çiçək Dəniz  bu ilin yay ayında islandiyalı rejissor Thor Saevarssonla evlənəcəyini bildirib.  

"Unikal" xəbər verir ki, o, bu barədə mükafatlandırma gecəsində jurnalistlərin sualını cavablandırarkən deyib. 

"Yayda evlənmək istəyirik. Amma ikimizin də hazırda işləri çox olduğu üçün hazırlıq görə bilmirik. Yaxın zamanda başlayarıq. Xəbəriniz olacaq".

Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb.