Müğənni Demet Akalının növbəti paylaşımı ilə gülüş obyektinə çevrilib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Demet məşhur onlayn alış-veriş saytından məhsul vurmaq istəyərkən dələduzluqla üzləşdiyini iddia edərək foto paylaşıb.
O, şəklə "Almayın! 300 lirəlik ütü əvvəl 600, sonra 940 oldu. 1 saniyənin içində! İnsanları dolandırırsınız, sizi şikayət edəcəyəm" şərhini yazıb.
Müğənninin bu paylaşımı sosial media izləyiciləri tərəfindən lağa qoyulub.
D.Aklının əslində bir ədəd ütü almaq əvəzinə 3 ədəd seçim etməsinin qiymət artımına səbəb olduğu və müğənninin bunun fərqinə varması gülüş hədəfinə çevrilib.