Fevralın 10-u saat 10 radələrində Qaradağ rayonunun Puta qəsəbəsi ərazisində Abşeron rayon sakinləri - M.Zülfəliyevin idarə etdiyi “Tofaş” və Şöhlət Quliyevin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Ş.Quliyev orada ölüb, digər sürücünün vəziyyəti orta-ağırdır.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.