Rusiyalı gənc aktrisa, rejissor Valeri Todorovskinin həyat yoldaşı Yevgeniya Brik vəfat edib.
"Unikal" xəbər verir ki, 41 yaşlı aktrisanın ölümünün səbəbi hələ ki, açıqlanmır.
Məlumata görə, o, Los-Ancelesdə müalicə olunub. Həyat yoldaşı son günədək onun yanında olub. Y. Brik 3 sentyabr 1981-ci ildə anadan olub. O, “Mülayimləşmə” serialı, “Stilyaqi” və digər filmlərdəki rolları ilə tanınıb.