Müğənni İlhamə Qasımova “Bolt Food” yemək çatdırılma xidmətini fırıldaqçılıqda ittiham edib.
"Unikal" xəbər verir ki, müğənni bu barədə "Instagram" hesabında yazıb. O, izləyicilərinə “Bolt Food”dan sifariş verməməyə çağırıb.
““Bolt Food” təzə fırıldaq edir. Guya nağd satışda kuryer şirkətə pulu vermir, bunlar da müştəri üçün borc yazır. Ok, bəs kuryerdən soruşan yoxdur ki, sən pulu almadınsa, yeməyi niyə verdin, atanın şirkətidir? Sonra müştəriyə də yazırlar ki, kuryer pul ödəməyib, ona görə borcunu ikinci dəfə ödə. Gözlə… Yaxşı ki, kart hesabı yazılmayıb, yoxsa ona da çarə edərdilər”.