Əməkdar artist Ədalət Şükürov "Həmin Zaur" proqramına qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni verilişdə pandemiyada sənət adamlarının yaşadığı çətinliklərdən danışıb.
O, aparıcının "Çətinə düşsəniz nəyinizi satarsınız: qızıl, ev, yoxsa maşın" sualına belə cavab verib:
"Qızılla aramız yoxdur. Ailədə bizdə qızıl sevmirlər. Həyatda hər şey olub: bağımızı da, maşınımızı da satmışıq. Normaldır... İnsanıq da, hansısa bir ərəfə olur. Pandemiyada da işimiz yox idi. Müğənnilərin 99 faizi də nəyisə satıb dolanıb. Heç kimə də heç nə deməyib".