Sonuncu dəfə "Masumlar apartmanı" serialında rol alan aktrisa Melisa Şenolsun müsahibəsi ilə gündəmə gəlib.
'Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ona təklif olunan obrazları geri çevirdiyi üçün daha sonra peşman olduğunu etiraf edib:
"Bütün yanlış qərarları mən alıram kimi hiss edirəm. Hər zaman bir neçə iş arasından birini seçirəm və digər layihələr yayımlanmağa başlayanda "Hə, möhtəşəm qərar vermişəm" deyirəm. Seçmədiyim işlərin hamısı həmin mövsüm efirdə fırtına qoparır".