Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Zəngilan rayon Ördəkli kənd sakini 1976-cı il təvəllüdlü Əsgərov Teyyub Yediyar oğlu Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsində tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.