Sosial şəbəkədə ona təhqir yazan aktrisa Ceren Hindistanı məhkəməyə verən müğənni Lerzan Mutlu qalib gəlib.

"Unikal" xəbər verir ki, hakim aktrisanın 1160 lirə təzminat ödəməsinə qərar vermişdi. Qərara əsasən Ceren Lerzandan üzr də istəməli idi. Mutlu aktrisa üzr istəmədiyi üçün yenidən məhkəməyə müraciət edib və qazanıb.

Hindistan qarşı tərəfə 7 min lirə ödəyəcək.

Qeyd edək ki, Lerzan Mutlu bir vaxtlar aparıcısı olduğu “Söylemezsem olmaz” adlı proqramda Ceren Hindistanın işadamı Ümit Aslanla etdiyi dini nikahı tənqid etmişdi. Ceren isə bunun qarşılığında sosial şəbəkədə qarşı tərəfin ünvanına təhqir dolu paylaşım edib.