Rusiyanın Xalq artisti Zinaida Kiriyenko 88 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, o, ötən gecə müalicə aldığı xəstəxanada vəfat edib. Bildirilir ki, insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Zinaidanın koronavirus testi də müsbət çıxıb.
Qeyd edək ki, aktrisa Sergey Gerasimovun "Sakit Don" filmində Natalya obrazı ilə məşhurlaşıb. O, karyerası boyunca "İnsan taleyi", "Yer sevgisi", "İki kapitan", "Elsaya məktublar", "Rus dilində sevgi 2", "Kazaklar" kimi bir çox film və serialda rol alıb.