Müğənni Sərdar Ortaç vəsiyyətini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, 40 milyon dəyərində olan mülkünün satılaraq pulun paylanılmasını istəyib.
"Hələ vəsiyyətimi yazmamışam, amma şifahi olaraq vəkillərə çatdırmışam. Qiyməti 40 milyon olan evim var. Vəfatımdan sonra onun satılmasını və oradan qardaşlarıma, bütün işçilərimə və orkestrimə pay verilməsini istəyirəm. Bir hissəsinin isə "Mehmetçik" vəqfinə, şəhid ailələrinə paylanmasını istəyirəm" , - deyə müğənni bildirib.