Yayımlandığı ilk gündən müzakirələrin mərkəzində olan "Maske Kimsin Sen?" yarışması final bölümü ilə ekranlarla vidalaşıb.
"Unikal" xəbər verir ki, məşhur adların maska və kostyumlarla kimliklərini gizlədərək oxuduğu proqram ilk olaraq sosial mediada bütpərəstlik və satanizm təbliğatı iddiaları ilə gündəmə gəlib.
Türk cəmiyyətinin təməl dəyərlərinə zidd elementlərə sahib olduğu iddia edilən proqram 9-cu bölümü ilə finala çıxıb. Verilişin qısa zamanda qadağan edilməsinə etiraz edən aktrisa Eda Ece sosial mediada paylaşım edib.
Belə ki, aktrisa bu cürə verilişlərin Amerikada, hətta Səudiyyə Ərəbistanında da yayımlandığını paylaşımında ifadə edib.
"Amerikada bu proqram 7-ci mövsümünə yeni başlayıb. Hətta Səudiyyə Ərəbistanında da 4-cü mövsümdədir. Bu ölkədə bu verilişin qısa sürməsi məni çox üzdü. Çünki rəqs, əyləncə, mahnı və xoşbəxtlik bir yarışma idi. Bunun başqa heç nəsi yox idi. Sadəcə tamaşaçılara vizual ziyafət təqdim edirdik. Mən şəxsən gördüyüm işdən qürur duyuram. Maskanı çox sevdik. Amma bitməsinə çox üzülürəm".