“Kabus ovçuları” filmi ilə tanınan kanadalı rejissor və prodüser İvan Reytman 75 yaşında ABŞ-da vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə “The Associated Press” rejissorun ailəsinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, İvan bazar günü gecə Kaliforniyadakı evində dünyasını dəyişib. Onun ölüm səbəbi dəqiqləşdirilməyib.