Binəqədi qəsəbəsində 12 evdən su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədli Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"-a verilən məlumata görə, faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.