UEFA cari mövsüm avrokubokların finalına vəsiqə qazanmış komandaların azarkeşlərinə pulsuz biletlər ayıracaq.

"Unikal" xəbər verir ki, bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, Çempionlar Liqası üçün 10 min, Avropa Liqası üçün 8 min, Konfrans Liqası və qadınlar arasında Çempionlar Liqası finalları üçün isə ayrı-ayrılıqda 6 min pulsuz bilet paylanacaq.