Fevralın 13-də gecə saatlarında Bakıda ölümlə nəticələnən davanın təfərrüatı məlum olub.
"Unikal" xəbər verir ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyev aralarında mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, Eynulla İbadov xəstəxanaya aparılarkən yolda ölüb. Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Y.Quliyevin Vətən Müharibəsi qazisi olduğu məlum olub. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.