“Qanunsuz miqrasiyanın təşkili ilə bağlı 7 nəfər təqsirləndirlən şəxs qisimində istintaqa cəlb edilib”.
"Unikal" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib.
Onun sözlərinə görə, bu iş üzrə 10-a yaxın şəxs axtarışa verilib: “Qanunsuz miqrasiya ilə bağlı 97 ədəd saxta möhürlər aşkarlanıb”.