"Hər 3 aydan bir Türkiyəyə müayinəyə gedirəm. Bu dəfə də şükürlər olsun ki, hər şey tər-təmiz çıxdı".
Bunu "Unikal"a açıqlamasında Xalq artisti Ağadadaş Ağayev deyib. O, artıq özünü yaxşı hiss etdiyini və xəstəliyə qalib gəldiyini ifadə edib:
"Demək olar ki, artıq mən bu xəstəliyə qalib gəlmişəm. Amma yenə də bu cür yoxlamlar olmalıdır. Hər 3-6 aydan bir yoxlamalara gedirəm".
Müğənni həmçinin, yanvarın 4-də Türkiyəyə gedərkən koronavirusdan test verdiyini və test nəticəsinin müsbət çıxdığını deyib:
"Koronavirus test nəticəm pozitiv çıxdı. Bir həftə karantinə aldılar. Nə temperaturum, nə də hər hansı bir narahatlığım oldu. Hər şey çox gözəl keçdi və sağlıq durumum qaydasındadır".
Gülayə Mecid