Baş Prokurorluq bəraət alan şəxslə bağlı apellyasiya protesti verib.
Bu barədə "Unikal"a qurumun Mətbuat Xidmətindən bildirilib.
Belə ki, Bərdə rayon məhkəməsinin 10 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 152.1-ci mаddəsi ilə təqsirləndirilən Bərdə rayon sakininə bəraət verilmişdir.
Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirilir ki, qeyd olunan hökmün işin faktiki hallarına uyğun olmaması əsası ilə həmin şəxsin Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılması məqsədilə fevralın 15-də Baş Prokurorluq tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə protest verilmişdir.