Bollivudun məşhur hind bəstəkarı və müğənnisi 69 yaşlı Bappi Lahiri (əsl adı Alokesh Lahiri) dünyasını dəyişib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, gecə saatlarında Mumbay klinikalarından vəfat edib. 

Bildirilir ki, müğənni yuxuda obstruktiv yuxu apnesi (nəfəs almağı dayandırması) səbəbindən ölüb. 

Qeyd edək ki, Lahiri hind kinosunun musiqisində diskoteka üslubunun banisi hesab olunur. O, 1970-1980-ci illərdə bir çox məşhur filmlərin bəstəkarı olub. "Disko rəqqası" (1982), "Rəqs et, rəqs et" (1987), "Sevgi, sevgi, sevgi" (1989) və s. kimi filmlərin musiqisinin müəllifidir. O, bu filmlərdəki mahnıların bəzilərini Lahirinin özü ifa edib.